Partner Cabinet
Müştəri otağı
  Symbol Bid Ask
EURUSD 1.2931 1.2934
GBPUSD 1.5123 1.5126
USDJPY 101.27 101.3
USDCHF 0.9614 0.9617
USDCAD 1.0318 1.0321
EURJPY 131.01 131.04
EURCHF 1.2431 1.2436
GBPJPY 153.14 153.21
GBPCHF 1.4541 1.4548
GOLD 1386.2 1386.8

Live help online

Click here

Dünya maliyyə terminalları






Fond terminalı


Fond terminalı (səhmlər, obliqasiyalar və qiymətli kağızlar birjası) — kapital birjasının əsası; qiymətli kağızlar birjası OTC Market (Over The Counter) adlandırılır.


Fond terminalı özündə mexanizm və alıcılıq qabiliyyətini əks etdirən səhmlər, obliqasiyalar və başqa qiymətli kağızların dövriyyəsidir. Terminalı fond birjası ilə eyniləşdirmək olmaz. Belə ki, fon birjası ticarət əməliyyatları aparmaq üçün şərait yaradan şirkətdir.


NYSE


Nyu-York fond birjası (New York Stock Exchange, NYSE) — ABŞ ın əsas fond birjasıdır. Dünyaın ən iri birjası olub Dou Cons və NYSE Composite indeksini təyin edir.

NYSE Composite — dünyada ən məşhur indekslərdən biridir. O bütün aksiyaların dəyişmə kursunu göstərir. Buraya ameikanın 1500 dən artıq şirkətinin səhmləri daxildir. Elə məhz ona görə də bu indeks amerikanın iqtisadi vəziyyətinin göstəricisi sayıla bilər.


Birja 1972 ci il 17 may tarixində yaranmışdır. 1975 ci ildən 1336 üzvdən ibarət sərbəst qeyri kommersiya təşkilatına çevrilmişdir. Üzvlik yerlər satıla bilir. Orta qiyməti 3 milyon ABŞ dollarıdır.

2006 –ci ildən etibarən NYSE elektron Archipelago Holdings birjası ilə birləşdirildi. Artıq NYSE Groupun öz səhmləri də birja dövriyyəsindədir və həcmi 12,5 mlrd ABŞ dollarıdır.

Birjada 1.5 min şirkətin minlərlə səhm və qiymətli kağızların dövriyyəsi baş verir. На бирже совершаются операции с акциями и ценными бумагами более чем тысячи наименований. Şirkətin ümumi kapitalizasiyası 26,5 trln ABŞ dollarıdır.


İş vaxtı: 13:30 – 20:00 – yay rejimi (bazar ertəsi-cümə) GMT

14:30 – 21:00 – qış rejimi (bazar ertəsi-cümə) GMT


NASDAQ


NASDAQ (National Association of Securities Dealers Automated Quotation — Səhmlər üzrə Avtomatlaşdırılmış Milli Dilerlər Assosasiyası), — amerikanın birjaxaric bazarı, yüksək texnologiya şirkətlərinin səhmləri üzrə ixtisaslaşmışdır. Amerikanın üç əsas fond birjası (NYSE və AMEX daxil olmaqla), NASD bir hissədi kimi fəaliyyətə başlamışdır. Sahibi NASDAQ OMX Groupdur. Şirkət NASDAQdan başqa 8 avropa birjasının da sahibidir.

Hal-hazırda NASDAQ 3 200 çox şirkətin səhmləri ilə ticarət edir.

Adətən birja səhər saat 9:30 başlayır və 16:00 axşam isə bağlanır (ABŞ şərq sahillərinin zaman intervalı). Ticarət SuperMontage və Primex platformalarında aparılır. Requlyar sesiya qurtardıqdan sonra ticarətin saat 20:00 sonra SelectNet platforması ilə aparılması mümkündür.

İş vaxtı: 13:30 – 20:00 – yay rejimi (bazar ertəsi-cümə) GMT

14:30 – 21:00 – qış rejimi (bazar ertəsi-cümə) GMT


NYMEX

Nyu-York əmtəə birjasıdır (New York Merchantile Exchange, NYMEX) (NYSE: NMX). 1872 ci ildə yaranmış birja neft fyüçerslərinin ticarəti üzrə dünyada lider mövqedədir. Birjada neft, qaz, platin, palladiy,qızıl, gümüş və alminimum kontraktları ilə ticarət edirlər. Futures Industry Association məlumatlarına görə 2006-cı ildə birjada 216 mln müqavilə bağlanmışdır. Elə həmə il üçün NYMEX gəliri $154,8 mln olmuşdur. Kapitalizasiyası — $11,4 mlrd.

İş vaxtı: 13:30 – 20:00 – yay rejimi (bazar ertəsi-cümə) GMT

14:30 – 21:00 – qış rejimi (bazar ertəsi-cümə) GMT


LSE

London Fond Birjası (London Stock Exchange) — avropanın ən qədimi və iri birjalarındandır.

Rəsmi olaraq 1801 ildə təsis olundsada, tarixçəsi 1570 il ilə bağlıdır. Deyilənlərə görə məşləhətçi maliyyəçi Tomas Qreşemin şəxsi maliyyəsi hesabına yaradılmışdır.

London birjası daxili səhləşdirmə birliyidir. Səhmləri ticarət dövriyyəsindədir.

Birjada bir sıra məşhur rus şirkətlərinin «Rosneft», «Lukoyl», «Zerkizova», «Evraz» və s səhmləri satılır. 2005 ci ildə LSE-də РТС indeksini əks etdirən opsion və fyüçerslər yaradıldı ki, onların da həcmi 3 mlrd 700 mln rubl təşkil edir.

İş vaxtı: 07:30 – 15:30 – yay rejimi (bazar ertəsi-cümə) GMT

08:30 – 16:30 – qış rejimi (bazar ertəsi-cümə) GMT


TSE

Tokyo Fond Birjası (Tokyo Stock Exchange) 1878 ci ildə yaradılmışdır. Birjanın dövriyyəsi ölkə birjalarının dövriyyəsinin 80 % təşkil edir. Əsas alıcı və satıcıları qimətli kağızların instisuonal sahibləridir. Birja iştirakçiları dividentə deyil aldıqları səhmlərin bahalaşmasına ümid bəsləyirlər.

2005 ildə TSE dünya fond birjaları içində ən iri klassifikasıyasına görə ikinci yerə layiq görüldü. Onun tərkibinə ildə 3000 mlrd ABŞ dolları gəlir gətirən 2,5 min şirkət daxil idi.

İş vaxtı: 23:00 – 06:00 – yay rejimi (bazar ertəsi-cümə) GMT

00:00 – 07:00 – qış rejimi (bazar ertəsi-cümə) GMT


VSE

Ven fond birjası (Vienna Stock Exchange, Wiener Borse AG, WBAG) — Avstriyanın yeganə ticarət platforması olub ən qədim birjalardan biridir. Səhmlər, obliqasiyalar və derivativlərlə ticarət edən birja 1771 –ci ildə Mariya Tereza tərəfindən yaradılmışdır. Özəl şirkət sayılır.

•  Ticarət həcmi: $48 468 mlrd.

•  Listinq: 110 şirkət.

•  Kapitalizasiya: $157 358 mlrd.

•  Gəlir: 8,12 mln avro.

İş vaxtı: 07:00 – 15:30 – yay rejimi (bazar ertəsi-cümə) GMT

08:30 – 16:30 – qış rejimi (bazar ertəsi-cümə) GMT


FBW

Frankfurt Fond birjası (Frankfurter Wertpapierborse, сокр. FWB) — dünyada və almaniyada ən iri birjalardan biridir. Sahənin operatoru Deutsche Boerse Group AG-dur. Yaradılma tarıxı 1585 təsadüf edir. 1993-cü ildə «Deutsche Boerse Group», şirkətinə verilmişdir.

Əsas indeksi: DAX (Deutscher Aktienindex) — almaniya iqtisadiyyatının barometri sayılan 30 iri şirkətin şəhmləri ilə ticarət edir.

İş vaxtı: 07:00 – 15:30 – yay rejimi (bazar ertəsi-cümə) GMT

08:30 – 16:30 – qış rejimi (bazar ertəsi-cümə) GMT


RTS

RTS fond birjası (Russian Trading System) 1995 ci illərin ortasında səhm ticarəti ilə məşğul olan ayrı ayrı birjaların birləşdirilməsi məqsədi ilə yaradılmışdır.

RTS — ümumi təsdiq olunmuş səhlər və obliqasiyalar ticarəti ilə məşğul olan birjadır. Birja rusiya qiymətli kağızlarının durumu barədə məlumat verə biləcək yeganə iri platformadır.

İş vaxtı: 07:00 – 15:00 (bazar ertəsi- cümə) GMT

Maliyyə sahələri.


FOREX

Valyuta bazarı - valyuta bazarının iştirakçıları arasında keçirilən alqı-satqı, hesablamalar və xarici valyutalarının konkret şərtlər əsasında ( məbləğ, mübadilə kursu, zaman) ssudaya verilməsi əsasında keçirilən bütün konversiya əməliyyatlarının cəmini özündə əks etdirir. Bir valyutanın digər valyutaya dəyişdirilməsi üzrə aparılan hazırki konversiya əməliyyatları - valyuta əməliyyatlarının əsas hissəsini təşkil edir. Konversiya əməliyyatları barəsində ingilis dilində Foreign Exchange Operations sabit termin qəbul edilmişdir, qısa forması FOREX və ya FX.

Forex dörd regional bazarı özündə birləşdirir: Asiya, Avropa, Amerika, Avstraliya(Okeaniya).Mübadilə əməliyyatları həftənin bütün iş günləri ərzində həyata keçirilir. Bazar sutka ərzində 24 sat fəaliyyət göstərir.Demək olar ki, hər bir saat qurşağında valyuta ticarəti həyata keçirmək niyyətində olan dilerlər vardır.

Nisbətən iri beynəlxalq bankları (Deutsche Bank, Barclays, UBS, Citybank, JP Morgan, HSBC, Standard Chartered Bank) bu bazarda gündəlik əməliyyat dövriyyəsi milyardlarla dollar həcminə çatır. Spot tipli ticarət əməliyyatları və ya birbaşa konvertasiya əməliyyatları bütün əməliyyatların 40% təşkil edir.

Valyuta bazarları ilə əlaqədar informasiya mənbəələri -real zaman anına valyuta məzənnələri haqqında məlumatları REUTERS, CQG, BLOOMBERG, TENFORE kimi beynəlxalq informasiya agentlikləri tərəfindən ötürülür.

Forex bazarında həyata keçirilən ticarət əməliyyatlarında iştirak edən valyutalar ABŞ dolları (USD), AVRO(EUR), Yapon Yeni (JPY), İsveçrə Frankı (CHF) və Böyük Britaniya funt-sternlinqidir (GBP).

İş vaxtı: bütün sutka


MBVB

Moskva Banklar arası Valyuta Birjası - Rusiya, MDB ölkələri və Şərqi avropada ən iri birjadır. 1992-ci ildə yaradılmışdır.

MBVB fond birjası rusiyanın ən aparıcı birjalarından olub ümumi kapitalizasiyası 24 trln rubl olan 600 rus emitetdən ibarətdir. Birjanın tərkibinə daima 650 yaxın proffesional organizasiya ticarət edir. İnvestor sayı 490 mindir.

MBVB-nin payına rus səhmlərinin dövriyyəsinin 98 % düşür.

1992- 1998 arası birjada ticarət auksiyon vasitəsi ilə aparılırdı. Birjanın beynəlxalq valyutalarla ticarət həcmi 2006-ci ildə 25,9 trln rubl və ya 956 mlrd ABŞ dolları təşkil etmişdir. Birjanın ticarət sistemlərindən biri «valyutaya qarşı valyuta»-dır. MBVB maliyyə birjasının daxilinə 540 kredit təşkilatı daxildir.

İş vaxtı: 07:00 – 15:00 (bazar ertəsi – cümə) GMT