Partner Cabinet
Müştəri otağı
  Symbol Bid Ask
EURUSD 1.2848 1.2851
GBPUSD 1.5044 1.5047
USDJPY 102.47 102.5
USDCHF 0.9764 0.9767
USDCAD 1.0371 1.0374
EURJPY 131.66 131.69
EURCHF 1.2547 1.2552
GBPJPY 154.11 154.18
GBPCHF 1.4691 1.4698
GOLD 1371.7 1372.3

Live help online

Click here

Hesabların sığortalanması (Hedging)

Qlobal maliyyə böhranı zamanı yalnız FOREX birjalarında biznes risklərini sığortalamaq olar.
InstaForex - diling mərkəzi olaraq müştərilərinə ilkin kapitalın saxlanılması üçün sığorta xidmətlərini təklif edən seçilənlərdəndir.

Bəs sığortalanma hansı imkanları verir?
Maliyyə birjalarına investisiyalar müəyyən bir valyuta ilə aparılır (məs, ABŞ dolları ilə). Alış və satış tələblərini və təkliflərini nəzərə alsaq valyuta məzənnəsinin rəqabətə uyğun dəyişməsi qaçılmazdır. Bu isə edilən yatırımları yüksək risk altına alır. Maliyyə risklərinin sığortalanması – valyuta dəyişkənliyinin qarşısını alır. Bu isə öz növbəsində əməliyyatları planlaşdırmağa kömək edir.

Maliyyə risklərinin sığortalanması əlavə üstünlüklər də verir:

  • Dövriyyədə olan məbləği sabit saxlayır
  • Gələcəkdə alacağımız valyutanı hal-hazırda satmağa imkan verir
Sığortalamanın (Hedging) iki əsas tipi var: alıcının sığortalanması və satıcının sığortalanması. Alıcının sığortalanması qiymətin artması ilə əlaqədar riskləri azaldırsa, satıcının sığortalanması qiymətin azalması riskini azaldır.

Hedging əməliyyatlarının aparılması üçün əvvəlcə InstaTrade Corporation şirkətində ticarət hesabı açmalısınız.

Avropadan məhsul ixrac edən şirkətin maliyyə risklərini sığortalamasına nəzər yetirək. Şirkət Avropa ölkələrindən avroyla (EUR) aldığı məhsulu ay ərzində gözləyir. Amma şirkətin bank hesabında maliyyə ehtiyyatı ABŞ dollarıyladır (USD) və ödəmə zamanı o dolları avroyla mübadilə etməlidir. Avronun bahalaşma riskini sığortalamaq üçün şirkət maliyyə birjasında əks istiqamətdə ticarət aparır. 1:1000 kredit çiynindən istifadə edərək məbləğin cəmi 1 % investisiya edir. Əgər avro bahalaşarsa onda bank hesabındakı məbləği avroya çevirən şirkət ziyana uğrayır. Amma foreksdə acdığı əməliyyat onun ziyanını kompensasiya edir. Belə hallarda gəlir və ziyan həmişə balans təşkil edir. Hedging vasitəsilə şirkət öz aktivlərini əvvəlcədən sığortalayaraq narahatçılığına son qoydu.

Əgər Siz də gəlirlərinizi və xərclərinizi valyuta kurslarının dəyişməsindən sığortalamaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Hedging əməliyyatları üzrə suallarınızı support@instaforex.com elektron poçtumuza ünvanlıya bilərsiniz.