Partner Cabinet
Müştəri otağı
  Symbol Bid Ask
EURUSD 1.3394 1.3397
GBPUSD 1.5641 1.5644
USDJPY 95.38 95.41
USDCHF 0.9199 0.9202
USDCAD 1.0213 1.0216
EURJPY 127.76 127.79
EURCHF 1.2321 1.2326
GBPJPY 149.12 149.19
GBPCHF 1.4385 1.4392
GOLD 1367.55 1368.15

Live help online

Click here

Qara qızılın dünya iqtisadiyyatında rolu

Neft valyuta və qızılla müqayisədə dünya iqtisadiyyatında rolu olan ən əsas indikatorlardan biridir. Onun istənilən qiymət dəyişməsinin arxasında siyasi və iqtisadi səbəblər var.

Neft qarışıqları

Brent (Brent Crude) - neftin etalon növüdür, Şimalda istehsal olunur. Adı çıxarılan bölgədəki yerin adı ilı bağlıdır, 1970 ci ildə kəşf edilmişdir. Faktiki olaraq Norvegiya ilə Şotlandiya sahillərində yerləşən Brent, Oseberg və Forties mənbələrindən çıxarılan neftin qarışığıdır. Beynəlxalq neft birjalarında satılan əsas netf markalarından biridir. Bu tip neftin qiyməti 1971 ildən etibarən dünyanın 40% çox çıxarılan neftin standartı kimi götürülür. 2007 ci ildən etibarən Brent nefti WTI mükafatı əsasında satılır ki, bu da hələ yaxın gələcəkdə də neft növlərinin bu marka ilə müqaisə olunacağından xəbər verir.

Urals - yüksək kükürd tərkibli neft sortu olub (tərkibində 1,3% kükürd var), Tatarstanın Xantı-Mansiyski vilayətindən çıxarılır. Əsas Urals istehsalçıları — «Rosneft», «Lukoyl», «Surqutneftqaz», «Qazprom neft», «TNK-BP» və «Tatneft» şirkətləridir. Rus neftinin qiyməti Brent neftinə nisbətən aşağı qiymətlərdə ölçülür ki, səbəb tərkibində çoxlu kükürd və ağır karbon qazlarının olmasıdır. Hal-hazırda Tatarıstan neftinin karbon qazından təmizlənməsi üçün xüsusi neftayırma zavodlarının tiklməsi planlaşdırılır. Özlüyündə Qərbi-Sibir yataqlarından çıxarılan yüksək keyfiyyətli neft sayıla bilər. Dünya bazarlarında bu neft sortu Siberian Light kimi tanınır.

WTI (West Texas Intermediate) - ABŞ-ın Texas ştatında çıxarılan neft markasıdır. Tərkibi 40° API, kükürd qarışığı — 0,4-0,5 %, əsasən benzin istehsalında istifadə olunur. Elə məhz buna görə ona ABŞ və Çində böyük tələb vardır.

Neft bazarının iştirakçıları

Neftçilər
Əsasən neft birjalara neft ixrac edən şirkətlərdən daxil olur. Ona görə də neft ixrac edən kiçik və ya iri şirkətlər birjaya təsir edə bilirlər.

Sənaye
Bu kateqoriyaya nefti emal edən sənaye müəssisələrini daxil etmək olar. Bu rolda əsaən elə nefti çıxaran şirkətlər çıxış edir.

Əmtəə və neft birjası
Bəzi ölkələrdə iri əmtəə birjaları neftin ticarəti ilə də məşğul olurlar.

İnvestorlar
Birjalarda iştirak edən investorların öz maraqları vardır ki,onların əksəriyyəti neflə ticarət edirş neftlə ticarət aparan investorların bir çox hissəsi fyüçerslər vasitəsi ilə ticarət aparır.

Neftin satışı
Yer kürəsindən çıxarılan neft heç də hər yerdə eyni deyilidir. Keyfiyyətinə və tərkibinə görə fərqlənən neft srtlarının qiymətləri də fərqlidir. Neft qiymətləndirilməsinin standartı kimi "brent" götürülür. Minimal kontrakt – 1000 bareldir. Neft ticarəti platformaları əsasən NYMEX, CME, РТС, LOE əmtəə birjalarıdır.

Neftin dəyəri
Dünya qlobal maliyyə krizisində neft dəhşətli uğursuzluğa düşdü. 11 iyul 2008 ci ildə barel üçün maksimum qiymət 147,26 ABŞ dolları təklif olunurdusa, ilyarım zaman çərçivəsində 70% qiymətini itirdi. Analitiklər əsas səbəb kimi spekulyant ticarətini göstərirlər. Belə ki, barel üçün 100 ABŞ dolları normal hal idise, onun 300 dollara çatması ancaq ticarət manapoliyasının nəticəsi idi.
Nəticədə 2008 ci ilin sonlarına yaxın neftin qiyməti stabilləşdi və barel üçün 40–50 dollar təşkil edirdi, bu ilin bahar ayları üçün isə barelin qiyməti 38-42 dollara qeder düşdü.
2008 ci il neftin qiymətində əsas rolu məhz fundamental hadisələr oynadı. Maliyyə böhrani iqtisadi problemlər yaratdı. Yanacağa olan tələbat azaldı ki, bu da qiymət azalmasına səbəb oldu.
İri fondların və invest şirkətlərin neft birjasında iştirakı onun qiymətinin belə kəskin dəyişməsinə əsas səbəkardır. Onların birjaları idarəetmə imkanları neftin qiymətinin ən yüksək həddə çatmasına səbəb olmuşdur. Böhran başladıqda isə mövqelərini bərkidə bilməyən şirkətlər qiymətləri təhil verməyə başladı. Bu da barelin qiymətinin azalmasına səbəb oldu.


Ardı